Bu gün AFFA-nın inzibati binasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Sənan Qurbanov və Zaur İsmayılova diplom və sertifikatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramın rəhbəri Aslan Kərimov təqdim edib.
Xatırladaq ki, Sənan Qurbanov "Şamaxı"nın sabiq baş məşqçsidiri və hazırda işsizdir. Zaur İsmayılov isə "Şamaxı-2"ni çalışdırır.
