"Atletiko"nun braziliyalı hücumçusu Premyer Liqada

19:14 - 20 Dekabr 2022

"Atletiko"nun hücumçusu Mateus Kunya karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Madrid klubu braziliyalı futbolçunun transferi ilə bağlı "Vulverhempton"la razılıq əldə edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

 

Premyer Liqa təmsilçisinin 23 yaşlı forvarda görə qarşı tərəfə 40-50 milyon avro ödəyəcəyi gözlənilir. Rəsmi açıqlama yaxın günlərdə ediləcək.

 

Qeyd edək ki, "Atletiko" Mateus Kunyanı 2021-ci ilin yayında "Herta"dan transfer edib. "Sambaçı" cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti