İsko "Sevilya"nı Premyer Liqaya dəyişir

12:34 - 21 Dekabr 2022

İspaniyanın "Sevilya" klubunda ayrılıq gerçəkləşəcək.

 

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi İsko ilə yollarını ayıracaq. Artıq futbolçu ilə razılıq əldə edilib. Yaxın günlərdə rəsmi açıqlama ediləcək və 30 yaşlı yarımmüdafiəçi azad agent statusu alacaq.

 

İskonun karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyi gözlənilir. İspan futbolçu ilə "Vulverhempton" maraqlanır.

 

"Sevilya" İskonu mövsümün əvvəlində transfer etmişdi. Təcrübəli vinger La Liqa klubunun heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti