Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallisterlə "Arsenal" və "Mançester Yunayted" maraqlanır.
Sportal.az "CaughtOffside" portalına istinadən xəbər verir ki, "Mançester Yunayted" bir müddətdir "Brayton"da çıxış edən futbolçunu izləyir. "Qırmızı şeytanlar" qışda argentinalını transfer etmək niyyətindədir.
"Arsenal"In baş məşqçisi Mikel Arteta isə yarımmüdafiəçinin 2022-ci il dünya çempionatında göstərdiyi performansına heyran olub. Buna görə də, ispaniyalı mütəxəssis rəhbərlikdən onun transferini istəyib.
