“Benfika” və Argentina millisinin yarımmüdafiəçi Enzo Fernandes Portuqaliyanı tərk edə bilər.
Sportal.az “GFFN” portalına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu üçün PSJ, “Real”, “Barselona”, “Atletiko”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, “Arsenal” və “İnter” hərəkətə keçib.
Hansı klub 120 milyon avronu “Benfika”ya ödəyərsə, həmin kollektiv də, ona sahib çıxacaq.
21 yaşlı futbolçu 2019-2022-ci illərdə “River Pleyt” və “Defensa Xustisiya”da oynayıb və bu il “Benfika”ya keçib.
Xatırladaq ki, gənc futbolçu bu ay Qətərdə başa çatmış dünya çempionatında Argentina millisinin heyətində çempionluq yaşayıb.
