Yığmamızın üzvü yeni baş məşqçi ilə işləyəcək

11:25 - 22 Dekabr 2022

Ukraynanın “Aleksandriya” klubuna yeni baş məşqçi təyin edilib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Ruslan Rotanla 2,5 illik müqavilə imzalayıb.

Ukraynaın U-21 yığmasına da rəhbərlik edən gənc mütəxəssis Avropa çempionatından sonra yalnız “Aleksandriya”da işləyəcək.

Xatırladaq ki, bu komandada Azərbaycanın U-21 yığmasının üzvü Emil Mustafayev çıxış edir.

Xəbər xətti