"Beşiktaş" və Niderland millisinin hücumçusu Vut Veqhorst Qətərdə keçirilən dünya çempionatında Argentinanın kapitanı Lionel Messi ilə yaşadığı mübahisədən danışıb.
Sportal.az xəbər verir ki, "CNN"ə danışan niderlandlı forvardı oyundan sonra Messinin ona qarşı hörmətsizlik etməsinə bu cür fikir bildirib:
“Mənim üçün matç zamanı hamı bərabərdir. Mən həmişə meydanda mübarizə aparıram. Messi ilə oyun zamanı bəzi mübahisələrimiz oldu və bəlkə də o, təəccüblənmişdi. Ona böyük hörmətlə yanaşıram. Messi tarixin ən yaxşılarından biridir. Matçdan sonra Messiyə olan hörmətimi göstərmək istədim, amma o, buna hazır deyildi. Amma indi adımı bilir, bu mənim üçün yaxşıdır”.
Xatırladaq ki, Niderland - Argentina matçından sonra Veqhorst Messi ilə görüşmək istəsə də, argentinalı bundan imtina etmişdi.
saytlarin hazirlanmasi
