Braziliya millisinin futbolçuları Markinyos və Neymar dünya çempionatından sonra verilən istirahəti başa vuraraq Fransaya uçub.
Sportal.az xəbər verir ki, hər iki oyunçu artıq PSJ-nin bazasına yollanıb.
Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. Onların bu gün axşamkı məşqdə iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finalda Xorvatiyaya penaltilə seriyasında uduzaraq turnirdəki çıxışını dayandırmışdı.
