Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi dəyişdi

13:25 - 22 Dekabr 2022

FİFA milli komandaların 2022-ci ilin dekabr ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi oktyabrdakı ilə müqayisədə dəyişib.

Millimiz iki pillə irəliləyərək 1151,82 xalla 121-ci yerə qalxıb. Canni De Byazinin rəhbərlik etdiyi komandanın Moldova (2:1) və Şimali Makedoniya (3:1) üzərindəki qələbələri cədvəldəki mövqeyinə təsir edib.

Azərbaycanın ən yaxın izləyicisi isə 1148,53 xalla Nigerdir. 

Reytinqdəki ilk onluq isə bu cürdür: Braziliya (1840,77), Argentina (1838,38), Fransa (1823,39), Belçika (1781,3), İngiltərə (1774,19), Hollandiya (1749,92), Xorvatiya (1727,62), İtaliya (1726). , Portuqaliya (1702,54), İspaniya (1692,71).

Xəbər xətti