Rusiya mətbuatı "Qarabağ"ın futbolçusu Leandro Andradenin "Krasnodar"a keçə biləcəyi haqda xəbərlər yayılıb.
Sportal.az xəbər verir ki, "Евро-Футбол.Ру" portalı Premyer Liqa klubunun kabe-verdelini transfer etmək fikrində olduğunu yazıb.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə "sport24.ru" saytına açıqlamasında xəbərləri yayılıb:
"Krasnodar"ın Leandro Andradeyə maraq göstərməsi xəbəri doğru deyil. Bu, sadəcə feykdir. Klubumuza heç bir təklif gəlməyib. Futbolçu özü də, bu barədə ilk dəfədir xəbər tutur. Ona Rusiyadan maraq yoxdur. Leandro ilə heç kim danışıq aparmayıb".
23 yaşlı futbolçu "Çerno More"dən "Qarabağ"a keçib. Onun hazırkı klubu ilə 2025-ci ilə qədərdir.
