"Real"ın prezidenti xorvatiyalını komandaya gətirmək istəyir

15:23 - 22 Dekabr 2022

"Leyptsiq" və Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol karyerasını “Real”da davam etdirə bilər.

Sportal.az "Fichajes"ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun transferində “kral klubu”nun prezidenti Florentino Peres şəxsən maraqlıdır. 

Madrid təmsilçisində xorvatiyalıya Ferland Mendinin əvəzləyicisi gözü ilə baxılır.

​Qvardiol “Dinamo” yetirməsidir və 2020-ci ildən “Leyptsiq”də çıxış edir. 

 

Xəbər xətti