"Ronaldoya ilk görüşdə aşiq oldum"

18:27 - 22 Dekabr 2022

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes ulduz futbolçu haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı argentinalı model portuqaliyalı hücumçuya ilk gördüyü an aşiq olduğunu deyib:

 

"Kriştianoya ilk görüşdə aşiq oldum. Onu görəndə sanki zaman durmuşdu. Heç vaxt bu qədər kübar və yaraşıqlı adam görməmişdim. Onu ən yaraşıqlı kişi olaraq qəbul edirəm. Dünyanın ən yaxşı futbolçusu ilə birlikdəyəm".

 

Qeyd edək ki, Kriştiano Ronaldo ilə Corcina Rodriqes 2016-cı ildən birlikdədirlər. Onların iki övladı var.

Xəbər xətti