FIFA ilin ən yaxşı qapıçısı adına namizədləri açıqlayıb.
Sportal.az xəbər verir ki, Alisson Beker ("Liverpul"/Braziliya), Yassin Bunu ("Sevilya"/Mərakeş), Tibo Kurtua ("Real"/Belçika), Dominik Livakoviç ("Dinamo"/ Xorvatiya), Mayk Menyan ("Milan"/Fransa), Emilyano Martines ("Aston Villa"/Argentina) və Manuel Noyer ("Bavariya"/ Almaniya) bu ada iddialıdır.
Qalibin adına gələn il fevralın 27-də aydınlıq gələcək.
