Bundesliqa klubu yarımmüdafiəçi transfer etdi

19:18 - 22 Dekabr 2022

Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Maynts"dan Niklas Taueri transfer edib. Bu barədə klubun mərbuat xidməti məlumat yayıb.

 

21 yaşlı yarımmüdafiəçi 1,5 il müddətində icarə əsasında "Şalke"də çıxış edəcək. Müqavilə 1 yanvar 2023-cü il tarixindən etibarən aktiv olacaq.

 

Qeyd edək ki, Niklas Tauer "Maynts"ın yetirməsidir. Alman futbolçu cari mövsümdə əsas komandanın heyətində 4 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti