Azərbaycan Masters turnirində növbəti medalını qazandı

21:31 - 22 Dekabr 2022

İsraildə keçirilən cüdo üzrə Masters turnirinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan aktivinə növbəti medalı yazdırıb. -100 kq. çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Cafar Kostoyevə qalib gələrək bürünc medala sahib olub.

 

Qeyd edək ki, dünən 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi finalda məğlub olaraq gümüş medalla kifayətlənmişdi.

Xəbər xətti