Braziliyalı futbolçu Mateus Kunya "Atletiko"dan ayrılıb.
Sportal.az xəbər verir ki, forvard bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Azarkeşlərlə vidalaşn Kunyanın bundan sonra İngiltərədə oynayacağı gözlənilir.
Futbolçunun xidmətində "Vulverhempton" maraqlıdır.
Braziliya millisinin futbolçusu bu mövsüm "Atletiko"da 17 görüşə çıxıb, 2 assist etmişdi.
