"Bavariya"nın müdafiəçisi Alfonso Deyvis Kanadada ilin ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, Deyvis ölkəsində 4-cü dəfə ən yaxşı adına layiq görülüb.
O, 2022-ci ildə "Bavariya" ilə Bundesliqa və Almaniya superkubokunun qalibi olub.
Deyvis Kanada millisinin heyətində Qətərdə keçirilmiş dünya çempionatında çıxış edib.
