"Mançester Siti"nin legioneri: "Bütün diqqətimizi Premyer Liqa matçına yönəltmişik"

12:25 - 23 Dekabr 2022

“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez İngiltərə Liqa Kubokunun 1/8 finalında “Liverpul” üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Sportal.az xəbər verir ki, “Sky Sports”a danışan əlcəzairli futbolçu komandasının turnirdəki məqsədlərindən söz açıb:

"Hər zaman qol vurub, komandanın qələbə qazanmasına kömək etmək əladır. Çox yaxşı oynadıq, layiqli qələbə qazandıq. Hamı yaxşı əhval-ruhiyyə ilə qayıdıb. Fasilədən sonra bu cür rəqiblə başlamaq çətindir. Biz “Çelsi” və “Liverpul”u keçdik. Necə olacağını görəcəyik. Yavaş-yavaş irəliləyəcəyik, amma indi bütün diqqətimizi Premyer Liqa matçına yönəltmişik".

​Xatırladaq ki, "Mançester Siti" Liqa kubokunda dünən "Liverpul"a 3:2 qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Xəbər xətti