"Turan Tovuz"un qış hazırlıq planı bəlli olub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə komanda yanvarın 3-ü Bakıda bir araya gələcək. Dörd günlük məşqlərin ardından "Turan Tovuz" yanvarın 7-si Antalyaya yollanacaq. Hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-i Manavqat bölgəsindəki “The Sense Deluxe” otelində məskunlaşacaq Tovuz təmsilçisi ayın 18-inə dək burada hazırlığını davam etdirəcək.
Baş məşqçimiz Ayxan Abbasov hazırlıq çərçivəsində 3 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.
Rəqiblərin kimliyi haqqında əlavə məlumat veriləcək.
