AFFA "Zirə"nin futbolçularını cəzalandırdı

13:30 - 23 Dekabr 2022

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.

Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ”   matçında “Qəbələ” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).

Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”– “Zirə” matçında “Neftçi” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).

Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”– “Zirə” matçında “Zirə” komandasının 19 nömrəli oyunçusu Təmkin Xəlilzadə oyunun 120+1-ci dəqiqəsində  ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).

​Azərbaycan Kuboku ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”– “Zirə” oyununda “Zirə” komandasının 21 nömrəli oyunçusu Hacıağa Hacılı oyunun 120+2-ci dəqiqəsində  ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2)

Xəbər xətti