Millidəki karyerasını başa vurdu

13:59 - 23 Dekabr 2022

"İnter"in qolkiperi Andre Onana Kamerun millisindəki karyerasını bir müddətlik başa vurub.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qapıçı Riqober Sonqla mübahisə yaşadığına görə, mundialdakı çıxışını erkən dayandıraraq düşərgəni tərk etmişdi.

"Ayaks"dan "İnter"ə keçmiş Onananın Sonqun gedişindən sonra milli komandaya geri dönəcəyi ehtimal edilir. Amma bu, yeni gələcək baş məşqçinin onu istəyib-istəməməsindən asılı olacaq.

Xəbər xətti