İtaliya millisinin baş məşqçisi: "İngilislərlə dost olmağa başlamışıq"

14:33 - 23 Dekabr 2022

İtaliya millisinin baş məşqçisi Roberto Mançini 2023-cü ildə İngiltərə ilə keçirəcəkləri yoxlama oyunundan gözləntilərini bölüşüb.

Sportal.az “pianetamilan.it” portalına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunları deyib:

"Biz ingilislərlə dost olmağa başlamışıq. Çünki onlarla tez-tez oynayırıq. Azarkeşlərimizə demək istəyirəm ki, dünya çempionatında iştirak etməməyimiz bizi çox məyus etdi. Lakin ümid edirik ki, növbəti dünya çempionatı bizim üçün ciddi turnir olacaq”.

Xəbər xətti