Türkiyənin "Beşiktaş" klubu bir futbolçu ilə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Vest Hem"dən icarəyə götürdüyü Artur Masuakunu vaxtından əvvəl göndərəcək. Baş məşqçi Şenol Günəş 29 yaşlı sol cinah müdafiəçisinin performansından razı deyil.
Artur Masualu müqavilə ilə məxsus olduğu "Vest Hem"ə qayıtmayacaq. İngiltərə klubu konqolu müdafiəçini "Olimpiakos"a icarəyə verəcək.
Qeyd edək ki, "Beşiktaş" Artur Masuakunu mövsümün əvvəlində 1 illik icarəyə götürüb. Təcrübəli futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 12 matçda 2 qol ötürməsi ilə yadda qalacaq.
saytlarin hazirlanmasi
