İtaliya klubu tanınmış qapıçını transfer etdi

15:50 - 23 Dekabr 2022

İtaliyanın "Salernitana" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi azad agent statusunda olan Gilyermo Oçoanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Salernitana" Meksika millisinin üzvü ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, 37 yaşlı Oçoa son olaraq ölkəsinin "Amerika" klubunda çıxış edib.

Xəbər xətti