Fransa klubu baş məşqçisiz qaldı

22:07 - 23 Dekabr 2022

"Anje" baş məşqçisiz qalıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cerald Batikle postunu tərk edib.

Əslində, 53 yaşlı mütəxəssislə noyabrın 23-də yollar ayrılmışdı. Amma onun müqaviləsinə rəsmən bu gün xitam verilib.

Müvəqqəti olaraq komanda Abdel Buxazma təyin olunub. Hazırda “Anje” Fransa çempionatında sonuncu pillədədir.

Xəbər xətti