"Qarabağ"ın rəqibi evdə xal itirdi

10:09 - 24 Dekabr 2022

Belçika çempionatında 18-ci turun matçları oynanılır.

Sportal.az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" növbəti görüşünü keçirib.

Ağdam klubunun rəqibi "Standard"la evdə 0:0 bərabərə qalıb. "Gent" 31 xalla 5-ci pillədədir.

"Qarabağ" "Gent”ə qarşı ilk matçı fevralın 16-da Bakıda, cavab görüşü isə fevralın 23-də Belçikada baş tutacaq. 

Xəbər xətti