Argentina millisinin və "Benfika"nın futbolçusu Enzo Fernandes "Liverpul"a keçə bilər.
Sportal.az "Fichajes"ə istinadən xəbər verir ki, İngiltərə klubu argentinalı yarımmüdafiəçi üçün "Benfika" ilə danışıq aparacaq.
Enzonun hazırkı komandası ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
O, bu mövsüm "Benfika"da 24 oyuna çıxıb, 3 qol vurub və 5 assist edib. Fernandeslə demək olar ki, Avropanın bütün nəhəng klubları maraqlanır. Onun hansı komandaya keçəcəyi yayda dəqiqləşəcək.
