"Milan" aparıcı oyunçusunu komandada saxlamaq istəyir

11:44 - 24 Dekabr 2022

"Milan" Rafael Leao ilə müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər"in rəhbərliyi artıq portuqaliyalı ilə danışıqlara başlayıb.

Leao "Milan"da qalmağın əleyhinə deyil. Amma onun maaşında artım olacağı təqdirdə, komandada qalmağa razılıq verəcək. 

Portuqaliya millisinin üzvü 2019-cu ildən "Milan"da çıxış edir.

Xəbər xətti