"Vilyarreal"ın və Argentina millisinin qolkiperi Xeronimo Rulli karyerasında dəyişiklik edə bilər.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, 30 yaşlı qapıçı "Ayaks"ın maraq dairəsindədir.
Amsterdam təmsilçisi onu qışda transfer etmək istəyir. Onun klubla müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
Cənubi amerikalının transfer qiyməti 10 milyon avrodur.
Rulli “Estudiantes”, “Real Sosyedad”, “Mançester Siti”, “Monpelye” klublarının qapısını qoruyub.
Xatırladaq ki, kiper Argentinanın heyətində bu il dünya çempionu olub.
