"Mançester Yunayted" dörd futbolçu ilə müqavilə müddətini uzatdı

13:19 - 24 Dekabr 2022

“Mançester Yunayted” Markus Reşford, Dioqo Dalot, Fred və Lyuk Şou ilə müqavilə müddətini uzadıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq adıçəkilən futbolçuların komandada saxlanılmasını istəyir.

Niderlandlı klub saytına açıqlamasında belə deyib: "Bəli, mən bunu təsdiq edə bilərəm. Biz xoşbəxtik, çünki komanda düzgün istiqamətdə irəliləyir və bu oyunçular böyük töhfə verirlər".

Xəbər xətti