FİFA "Valensiya" və "Atletiko"nun futbolçularını futboldan uzaqlaşdıra bilər

15:12 - 24 Dekabr 2022

FIFA Uruqvay millisinin üzvləri Edinson Kavani və Xose Mariya Ximenesi 6 aya qədər futboldan uzaqlaşdırmağı planlaşdırır.

Sportal.az "RMC Sports"a istinadən xəbər verir ki, buna səbəb Kavaninin dünya çempionatının Qana ilə görüşündən sonra VAR monitorunu, Ximenesin isə FIFA nümayəndəsini vurmasıdır.

FIFA İntizam Komitəsi yekun qərarını fevralın sonunda açıqlayacaq.

Kavani "Valensiya"da, Ximenes "Atletiko"da oynayır. 

Xəbər xətti