"Milliyə pul üçün yox, bayrağımız üçün gedirik"

15:25 - 24 Dekabr 2022

Argentina millisinin qapıçısı Emiliano Martinez yenə gündəmə gəlib.

Sportal.az xəbər verir ki, "Caneda Ser”ə danışan qolkiper argentinalı futbolçuların milliyə pul xatirinə gəlmədiyini söyləyib:

"Futbolçularla söhbətimizdə deyirdik ki, 2022-ci il dünya çempionatında hər matçı xalq üçün oynamalıyıq. Milli komandaya pul üçün yox, bayrağımız üçün gedirik. Mar-del-Platanı (Martinesin doğma şəhəri) və uşaqları bu cür görmək sevindiricidir. Qürur duyuram. Oyunlar zamanı ayaqlar imtina edəndə, ürək həmişə bir addım irəli aparırdı bizi".

Xatırladaq ki, Martines Argentina millisinin heyətində dünya çempionluğunu yaşayıb.

 

Xəbər xətti