"Yuventus"un yarımmüdafiəçisi Anxel Di Maria qışda Turini tərk etməyəcək.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, argentinalının qış "transfer pəncərəsi" zamanı İtaliyanı tərk edəcəyi və başqa klubla anlaşacağı iddia olunur.
Amma futbolçu "qoca sinyora"dan ayrılmayacaq və ən azından mövsümün sonuna qədər bu komandada oynayacaq.
Futbolçunun xidmətində "Rosario Sentral", "Botofaqo"nun maraqlı olduğu bildirilir.
