"Zirə" "Kəpəz"lə görüşdə xal itirdi - YENİLƏNİB

17:03 - 25 Dekabr 2022

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, ilin son görüşü Zirədə oynanılıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Kəpəz"i qonaq edib. 

Bu oyunla Premyer Liqada 2022/2023 mövsümünün ilk yarısına yekun vurulub. Növbəti dövrə 2023-cü ilin yanvarın 24-də başlayacaq.

Misli Premyer Liqası

25 dekabr

"Zirə" – "Kəpəz" 2:2

Qollar: Rəhim Sadıxov, 11, Sərtan 90+8 - Fərid Nəbiyev, 25, Nicat Süleymanov, 42
Qırmızı vərəqə: Coşqun Diniyev, 18, Nemanya Andelkoviç, 22 - Əlicanov, Kantariya 90+1


​Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Zirə İdman Kompleksinin stadionu, 15:00

Xəbər xətti