Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə müddətini uzatdı

10:03 - 25 Dekabr 2022

"Brentford" baş məşqçisi Tomas Frankla müqavilə müddətini uzadıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən danimarkalı mütəxəssis 2027-ci ilin iyun ayına qədər Premyer Liqa təmsilçisinə başçılıq edəcək.

Avropalı məşqçi 2018-ci ildən "Brentford"u çalışdırır.

49 yaşlı mütəxəssis 2020/21 mövsümündə komandanı Premyer Liqaya yüksəldib.

Komanda hazırda 10-cu pillədədir.

Xəbər xətti