Fransa millisinin üzvü istirahətdən imtina etdi

12:17 - 25 Dekabr 2022

"Atletiko"nun futbolçusu Antuan Qrizmann komandanın düşərgəsinə qoşulub.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 31 yaşlı fransalı yarımmüdafiəçi DÇ-2022-dən sonra istirahətə yollanmaqdan imtina edib.

Mənbənin sözlərinə görə, Qrizmann sabahdan kollektivlə məşqlərə başlayacaq.

Dekabrın 29-da "Atletiko"nu İspaniya çempionatında "Elçe" ilə oyun gözləyir.


 

 

Xəbər xətti