Zidan bu millini çalışdıra bilər

19:12 - 25 Dekabr 2022

Braziliya Futbol Federasiyası millinin baş məşqçisi postuna Zinəddin Zidanın namizədliyini irəli sürüb.

Sportal.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, braziliyalılar artıq fransız mütəxəssis danışıqlara da start verib. 

Şərtlərdə razılıq əldə olunarsa, onunla müqavilə imzalanacaq. Braziliya millisinə son olaraq Tite rəhbərlik edib. 

50 yaşlı mütəxəssis son dəfə "Real"ı çalışdırıb.

 

Xəbər xətti