"Mançester Yunayted" 26 milyonluq transferə hazırlaşır

12:29 - 26 Dekabr 2022

"Bayer"in üzvü Ceremi Frimponq "Mançester Yunayted"ə keçə bilər.

Sportal.az “GiveMeSport”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” adıçəkilən futbolçu üçün Leverkuzen təmsilçisi ilə danışıqlara başlayıb. 

Transferin yanvarda baş tutacağı ehtimal edilir.

Onun xidmətində “Vest Hem” maraqlanır. Frimponq üçün “Bayer”ə 26 milyon avroya ödəniləcək. 

22 yaşlı niderlandlı müdafiəçi 2021-ci ildə "Seltik"dən "Bayer"ə keçib.

Xəbər xətti