"Barselona"nın kapitanı olmaq haqda düşünməmişəm"

12:59 - 26 Dekabr 2022

“Barselona”nın forvardı Robert Levandovski komandanın kapitanı olmaq haqda düşünmədiyini bildirib. 

Sportal.az xəbər verir ki, polşalı forvard klubun rəsmi saytına açıqlamasında belə danışıb:

"Barselona"nın kapitanı olmaq haqda düşünməmişəm. Mən bu barədə ümumiyyətlə düşünmürdüm. İndi bütün fikirlərim mövsümün ikinci yarısı ilə bağlıdır. Meydanda oyunun gedişinə təsir etməyi bacaran, eləcə də gənclərə kömək edə bilən oyunçu olmaq vacibdir".

 

Xəbər xətti