"Arsenal" ukraynalı ilə razılaşdı

13:49 - 26 Dekabr 2022

"Arsenal" "Şaxtyor"un yarımmüdafiəçisi Mixailo Mudriklə müqavilə imzalamaq üçün prinsipial razılığa gəlib.

Sportal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, “Nyukasl”ın da maraq dairəsində olan 21 yaşlı futbolçu "Arsenal"da oynamaq istəyib.

Onun yanvarda Londona yollanaraq “topçular”la müqavilə imzalayacağı gözlənilir. 

Ukrayna millisinin üzvü "Şaxtyor"un yetirməsidir.

 

Xəbər xətti