"Neftçi"nin futbolçusu Sezar Meza Kolli “Sabah” və “Zirə”nin sabiq hücumçusu Xulio Rodriqezlə görüşüb.
Sportal.az xəbər verir ki, Azərbaycanda tanış olmuş futbolçuların görüşü Paraqvayda baş tutub.
Xatırladaq ki, Sezar yayda zədələnərək ölkəsinə yollanmışdı.
Onun yanvarın ilk günlərində “Neftçi”nin Antalyadakı toplanışına yollanacağı gözlənilir. Xulio isə “Sabah”dan ayrıldıqdan sonra klubsuzdur.
