"Valensiya"nın baş məşqçisi Cennaro Qattuzo Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabatın Qətərdə keçirilən dünya çempionatında göstərdiyi performansını şərh edib.
Sportal.az xəbər verir ki, "AS" nəşrinə danışan italiyalı mütəxəssis "Fiorentina"da çıxış edən yarımmüdafiəçi haqda bunları deyib:
"Uzun müddətdir ki, Amrabat kimi oyunçu görməmişəm. Onu özümə bənzədirəm. Daha çox 27 yaşımdakı vaxtıma. Həqiqətən çox yaxşı futbolçudur".
26 yaşlı futbolçu "Fiorentina" ilə 2024-cü il iyunun 30-da başa çatacaq. O, 2020-ci ildə "Verona"dan Florensiya klubuna dəyişib.
