Türkiyə Super Liqasında 27-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" səfərdə autsayder "Ümraniyespor"un qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matçda start heyətdə başlayıb. O, 67-ci dəqiqədə Endri Çekici ilə əvəzlənib.
Xallarını 35-ə yüksəldən "Konyaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi