Futbol üzrə Azərbaycan I Divizionunda XXIII tura start verilib.
Sportal.az xəbər verir ki, bu gün "Səbail-2" öz meydanında "Kəpəz-2"ni qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 36-ya yüksəldən "Kəpəz-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Səbail-2" isə 33 xalla 7-ci yerdədir.
"Səbail-2" - "Kəpəz-2" 1:2
Qollar: Bəşir Aylarov, 70 - Fərid Məmmədov, 2, Elnur Cəfərov, 20 (pen)
saytlarin hazirlanmasi