Keçmiş klubuna baş məşqçi kimi qayıtdı

13:50 - 6 Aprel 2023

İspaniyanın "Espanyol" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini Luis Qarsiya çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Espanyol" bir neçə gün öncə Dieqo Martinesi istefaya göndərmişdi.

Qeyd edək ki, Luis Qarsiya futbolçu karyerası ərzində 2005-2011-ci illərdə "Espanyol"da çıxış edib. O, məşqçi kimi Madridin "İnternasional" klubunu çalışdırıb.

Xəbər xətti