"Qarabağ" - "Kəpəz" matçı 5 manata

17:43 - 7 Aprel 2023

Azərbaycan Premyer Liqasının 29-cu turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşmasının biletləri sabah onlayn şəkildə satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri sabah yalnız iticket.az-dan onlayn ala bilərsiniz. Oyun günü isə biletlər @iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" qarşılaşması 9 aprel tarixində saat 18:30-da "Azersun Arena"da baş tutacaq.

Xəbər xətti