Türkiyənin İzmir şəhərində “İzmir Cup – 2023” beynəlxalq turnirinin qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, E qrupunda qərarlaşan “Qarabağ”ın U-12 komandası 3-cü turda Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşıb. Oyun təmsilçimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan təmsilçisi bundan əvvəl "Boluspor"la heç -heçə edib (0:0) və "Ayaks"a uduzub (0:2).
"Qarabağ"ın U-12 komandası sabah daha 5 oyun keçirəcək.
saytlarin hazirlanmasi