"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer liqa təmsilçisi Divinie Naahı rənglərinə bağlayıb. Qanalı yarımmüdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.
26 yaşlı futbolçu karyerası ərzində “Mançester Siti” (İngiltərə),”Stromqodset” (Norveç), “Breda” (Niderland), “Norşelland” (Danimarka), “Orebro” (İsveç), “Tubiz” (Belçika), “Hapoel” (İsrail), “Mosta” (Malta) komandalarının formasını geyinib. O, son olaraq Litva “Jalgiris”ində çıxış edib.
Divinie Naah "Turan Tovuz"da 24 nömrəli formanı geyinəcək.
saytlarin hazirlanmasi