Premyer Liqada 100-cü qolunu vurdu, babasına həsr etdi

15:43 - 9 Aprel 2023

"Tottenhem"in hücumçusu Son Hın Min Premyer Liqada 100-cü qolunu vurub.

Sportal.az xəbər verir ki, cənubi koreyalı futbolçu bunu Premyer Liqanın 30-cu turunun "Brayton"la (2:1) görüşündə edib.

"Sky Sports"a danışan Son vurduğu qolu babasına həsr etdiyini deyib:

"Xəyal etdiyim anları yaşadım. Komanda yoldaşlarım olmasaydı, bu cür heyrətamiz nailiyyəti əldə edə bilməzdim. Premyer Liqada 100 qol vurmaq möhtəşəmdir. Çox emosional idim, çünki son bir neçə həftədə çətin anlar yaşamışdım. Babam vəfat etmişdi. Bu qolu da elə ona həsr etmək istəyirəm".

Xəbər xətti