PSJ kapitanını buraxmaq istəmir

19:43 - 9 Aprel 2023

PSJ müdafiəçisi Markinyosla yaxın vaxtlarda ilə müqavilə müddətini uzadacaq.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, parislilər braziliyalı müdafiəçi ilə razılıq əldə edib.

28 yaşlı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir.

O, “Korintians”, “Roma”da da oynayıb. Futbolçunun hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

PSJ-də kapitan sarğısı daşıyan müdafiəçiyə bir çox klublardan təklif var.

Xəbər xətti